Bu təxribatı “beşinci kolon”un nümayəndələri, satqınlar həyata keçirdilər
14 iyul aksiyası Azərbaycan xalqının öz ordusuna, dövlətinə və Ali Baş Komandanı İlham Əliyevə verdiyi yüksək dəstəyin nümayişi idi. Onlar Şəhidlər Xiyabanına üz tutaraq hər an dövlətimizin müdafiəsi, Qarabağın işğaldan azad olunması istiqamətində silaha sarılıb döyüşməyə hazır olduqlaını nümayiş etdirirdilər. Və Ali Baş Komandandan da xahiş edirdilər ki, müharibə əmri versin. Bu vətənpərvər addımlar alqışlanmalıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı bildirib ki, insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndirirdilər:
"Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir, həmrəy ola bilir. Azərbaycan iqtidarı və polisi həmin insanların təhlükəsizliyini təmin edirdi, yol hərəkətini tənzimləyirdi. Baş verənlərə xalqın izdihamlı dəstəyini bütün dünya görürdü. Hətta ermənilər təşviş içinə düşmüşdülər. Onların blogerləri baş verənlər barədə məlumat yayırdılar. Bundan ciddi şəkildə narahat olan bəzi dövlətlər və qurumlar dərhal təxribat planını həyata keçirtməyə başladılar.
Bir qrup təxribatçı yürüşün sonunda xuliqanlıq törətdi, ictimai asayişi pozmağa cəhd etdi və polisə müqavimət göstərdi. Birmənalı şəkildə bildirirəm ki, bu addımı "beşinci kolon"un nümayəndələri, satqınlar həyata keçirtdilər. Çox yüksək təmkinlik nümayiş etdirən polis işçiləri təxribatçıların əməllərinə qısa müddət ərzində son qoydu. Ölkənin sabitliyinin pozulmasına cəhd edən həmin o təxribatçı qüvvələri zərərsizləşdirdi, qanunun aliliyini təmin etdi.
Artıq onların şəxsiyyəti müəyyənləşdirilir və hamısı məsuliyyətə cəlb ediləcək. Bu cür təxrbatçılar ən layiqli cəzalarını almalıdırlar. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün lazım addımlar atılır. Bu adamlar kimlər tərəfindən təlimatlandırılıb və onlara göstəriş verən şəxslərin hər biri məsuliyyətə cəlb edilməlidir. Ora topalaşanların 99 faizi öz dövlətinə olan sevgisini nümayiş etdirirdi. Bu adamların ülvi hissindən istifadə edib öz çirkin siyasi məqsədlərini həyata keçirməyə cəhd edən hər kəs ən ağır cəzaya layiqdir!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)
-
Maduro həbsxanada Quran oxumağa başlayıb





