Trolların hakimiyyət davası - Şok "Whatsapp" yazışmaları yayıldı: Əli Kərimlini fitvala ki... - VİDEO
"Milli Şura"nın videokonfransları qeybətxananı xatırladır. Xarici düşmənlərimizin ideyası əsasında yaradılan "Milli Şura"nın əsas vəzifəsi dövlətimizin beynəlxalq aləmdəki mövqelərinə xələl gətirməyə kökləndiyi hamıya aydındır. Bu mənada hesab edirəm ki, belə təşkilatdan ciddi nəsə gözləməyə də dəyməz. Onların əsas işi-gücü arada yığışıb çayxana səviyyəsində dedi-qodu etməkdir. Bunları, hətta "Qeybət Şurası" da adlandırmaq olar. Çünki onların indiyədək keçirdikləri hər bir iclas yalnız qeybətə hesablanıb və bununla da gündəmdə qalmağa çalışıblar. İctimai-siyasi proseslərə təsir imkanları olmayan "milli şura"çılar bu gün videokonfrans formatında yığışaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar.
Bunu adını cəbhəçi qoyub, cəbhəsini ölkə daxilində quranların növbəti rəzaləti də adlandırmaq olar. Amma artıq rəzalətdən də keçib. Belə ki, ambisiyaları cəbhəçi yoldaşlarını belə əzəcək qədər böyüyən AXCP dəstəsinin bəzi üzvləri bu dəfə də gülləni ayaqlarına sıxdılar.
Yenə rəzilliyin dibinə endilər. Bu dəfə isə AXCP rəhbərliyində təmsil olunan şəxslərin votsap müzakirələrinin səs yazısı yayılıb. Həmin səs yazılarında partiya rəhbərliyində təmsil olunan şəxslərin bir-birlərinin əleyhinə danışması diqqətdən yayınmır. Partiyadaxili intriqa ilə bağlı bir çox həqiqətlər, trolluq, pul mənimsəmə və daha bir neçə gizli məqamların üstü bu müzakirə zamanı açılır.
AXCP Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov Gənclər komitəsinin sədri Emil Səlimovu "qrubıy" olmaqda, özünü iqtidarda baş nazir kimi aparmaqda ittiham etdi. Emilin başının qıza qarışdığını pıçıldayan Bəxtiyar onu işləməməkdə ittiham edib. Vəziyyətin xaotikləşdiyini dəfələrlə qeyd edən rəyasət heyyətinin üzvü cəbhədaxilində qruplaşmalar yarandığını qeyd edib: "Sən danışanda Əli Kərimlini fitvala ki, Emil işləmir". B.İmanov onunla yazışan şəxsin "Keçən dəfə Seymurgil, Fuad mənə irad bildirdi, qrupu ləğv elədim" fikrinə belə cavab verib: Seymur Həzi də, Fuad Qəhrəmanlı da qələt eləyir, başını daşa döyür. Mənim adım olandan sonra hamısı qələt edir, hamısının yaralı yerləri, zibil işləri var, başları daşa dəyib, xəbərdaram olanlardan.
Bununla da bunlar hakimiyyətə gəlmək istəyirlər. Özlərini idarə edə bilməyənlərin bu xalqı idarə etmək iddiası yenidən biabırçılıqlarına şahid olmağımızla nəticələndi. Cəbhəçilərdən biri hətta bildirir ki, 17 nəfərə 180 dənə facebook profili var. Bu da adambaşına minimum 10 profil açıb trolluqla məşğul olanların özünüifşası...
Məhəmməd Vaqif
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)





