Siyasət

Tbilisidə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib - FOTO

16 İyul 2020 15:13
Baxış: 1 556

Ermənistanın Gürcüstandakı səfirliyinin binasının qarşısında etiraz aksiyası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstanda yaşayan gənc soydaşlarımız Tbilisidə Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.

Müxtəlif şüarlar səsləndirən gənclər Ermənistanın bu təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarının işğalına son verməsini tələb ediblər.

Gənclər bildiriblər ki, Ermənistanın apardığı işğalçı siyasət bölgə xalqlarının inkişafına mane olur və regionda sülh və stabilliyə daim kölgə salır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.