Siyasət

Fransa XİN Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalarla bağlı bəyanat yayıb

15 İyul 2020 20:53
Baxış: 921

Fransa iyulun 12-dən etibarən Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmaları qınayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin açıqlamasında bildirilib.

Fransa tərəfləri atəşkəs rejiminə əməl etməyə və danışıqları bərpa etməyə çağırıb.

Qeyd olunub ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq hüquq çərçivəsində həllinə sadiqliyini təsdiqləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.