Prezident İlham Əliyev Z.Ə.Səmədzadənin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilir.
Milli.Az