Siyasət

Prezident İlham Əliyev hər zaman Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib - Bəhruz Quliyev

4 İyun 2020 22:32
Baxış: 1 117

Prezident İlham Əliyev dəfələrlə istər ölkədə, istərsə də ölkədən kənarda iştirak etdiyi beynəlxalq tədbirlərdəki çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, eləcə də tarixi torpaqları barədə qətiyyətli fikirlərini bəyan edib, dünya ictimaiyyətinin diqqətinə əsl həqiqətləri çatdırıb. Dövlət başçısı hər zaman bu məsələnin üzərində dayanaraq qətiyyətli fikirlərini bildirib və Ermənistanın faşist, terrorçu mahiyyətni ifşa edib.

Milli.Az bildirir ki, bunu Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev dövlət başçısının Tərtər rayonuna səfəri zamanı İdman Olimpiya Kompleksinin açılışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağı bəyanatını şərh edərkən deyib.

Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyev işğalçı ölkənin əvvəlki hakimiyyətinin cinayətkar əməlləri barədə bəhs edərkən vurğulayıb ki, həmin rejim xuntaçılıq fəaliyyəti ilə yanaşı, həm də Qarabağ və ətraf rayonların işğal olunmasında canfəşanlıq göstərib. O cümlədən, işğal faktı nəticəsində hətta erməni əhalisini də mövcud acınacaqlı vəziyyətə qədər gətirib-çıxarıblar. Əgər bu gün Ermənistan dövləti bir sıra əhəmiyyətli layihələrdən kənarda qalıbsa, hərbi, iqtisadi və s. gücünü tamamilə itiribsə, əhali səfalət içində yaşayırsa, bütün bunların əsas baiskarları bilavasitə Ermənistanın əvvəlki hakimiyyəti və həmin hakimiyyətə rəhbərlik etmiş şəxslərdir. O cümlədən, dövlət başçımız xunta rejiminə rəhbərlik etmiş Robert Koçaryanın həbsdə olduğunu, Serj Sarkisyanın isə həbs olunmamasına baxmayaraq, ölkəni tərk edə bilmədiyini, onun da aqibətinin eyni olacağını xatırladıb. Artıq dünya birliyi Azərbaycanın haqlı mövqeyinə dəstək göstərir və bu dəstək ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, çəkisinin, mövqeyinin möhkəmləndirilməsinin nəticəsidir".

Baş redaktor əlavə edib ki, tarixi həqiqətlər, mövcud vəziyyət də bu gerçəkliyi diktə edir: "Bu gün regionun qüdrətli dövlətinə çevrilmiş Azərbaycan istər hüquqi, istər iqtisadi, istərsə də hərbi uğurları ilə söz sahibinə çevrilib və bütün bunların təməlində müdrik siyasət, qətiyyətli idarəçilik tandemi dayanmaqdadır. Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi və demək olar ki, bütün sahələri əhatə edən davamlı, çoxşaxəli islahatları, xüsusilə ordu quruculuğu istiqamətində, hərbi sənaye və s. bu kimi sahələrdə əldə etdiyi nailiyyətləri danılmaz faktlardır. Cənab Ali Baş Komandan öz çıxışında 2016-cı ilin aprel və 2018-ci ilin Naxçıvan qələbələrini xatırlatmaqla həmin zəfərlərin təməlində tərəqqi amillərinin olduğunu vurğuladı və bu məsələdə xalqın Ona etimadını, dövlətə bağlılığını da ifadə etdi. Əbəs deyil ki, Prezident İlham Əliyev 2016-cı ilin aprelində - dördgünlük müharibə zamanında Tərtər əhalisinin, eləcə də ağdamlıların baş verənlərə rəğmən, öz yerlərini tərk etmədiklərini xatırlatmaqla xalqımızın mübarizə ruhunda olduğunu da diqqətə çatdırdı. Əlbəttə ki, düşmən də bu reallığı dərk etdi və Azərbaycan dövlətinin 90-cı illərin Azərbaycanı olmadığının şahidi oldu. Məhz bu güc, qüdrət həqiqəti indi işğalçıları ciddi şəkildə təlaşlandırır, qorxuya salır. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, beynəlxalq hüquq da bizim tərəfimizdədir və işğal altındakı ərazilərimiz qısa müddətdə azad olunacaq. Lakin Azərbaycanın tarixi, əzəli torpaqları da unudulmur və dövlətimizin başçısı bu barədə tarixi həqiqətləri diqqətə çatdırır".

B.Quliyev Prezident İlham Əliyevin ADR hakimiyyətinin buraxdığı səhvlər barədə fikirlərini də şərh edib və bildirib ki, məhz müstəqilliyimiz elan edildikdən bir gün sonra Qərbi Azərbaycan torpaqları düşmənə verildi: "Əlbəttə ki, bu bağışlanılmaz səhvdir və bu gün ərazilərimizi işğal altında saxlayan təcavüzkar Ermənistan dövləti həmin səhvlərin nəticəsində azğınlığını nümayiş etdirir. Lakin bizlər əminik və inanırıq ki, yaxın zamanlarda nəinki Qarabağın işğal olunmuş əraziləri, eyni zamanda bugünkü süquta uğrayan, bütün cəhətlərdən məhvə doğru sürətlə yuvarlanan Ermənistandakı əzəli torpaqlarımız tarixi həqiqətlər və Azərbaycanın gücü, qüdrəti sayəsində azad və bərqərar olunacaq, biz buna inanır və bu istiqamətdə Prezident İlham Əliyev cənablarının həyata keçirdiyi müdrik, məqsədyönlü siyasəti ətrafında daha da sıx birləşirik. Tarix də bizə bunu diktə edir.

Ümumiyyətlə, hesab edirəm ki, faşizm və terrorçuluq ideologiyası üzərində qurulmuş erməni dövlətinin iflası həm də zamanın, tarixi həqiqətlərin hökmü olaraq reallaşacaq. Buna isə kimsə şübhə etmir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.