Sevil Mikayılova: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, bu plana əsasən, ilkin mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsi azad olunur:
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin məhz mərhələli şəkildə qaytarılması üzrə aparılır və həm Azərbaycan, həm də beynəlxalq vasitəçilər bu plan ətrafında sülh əldə olunmasını istəyirlər.
Təəssüf ki, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlar prosesində hələ ki irəliləyişə nail olmaq mümkün olmayıb".
S.Mikayılova vurğulayıb ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq Ermənistanın hazırkı siyasi rejimini tam qane edir və öz hakimiyyətini qorumaq üçün danışıqlar prosesinin mahiyyətini riyakarcasına təhrif edir, hec bir siyasi məntiqə sığmayan çaşdırıcı bəyanatlar verməklə sanki vaxt qazanmağa çalışır:
"Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması və həm Ermənistan, həm də Azərbaycan vətəndaşları üçün törətdiyi ağır fəsadlara görə işğalçı Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır.
Azərbaycan dövləti ədalətin bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edir və Dağlıq Qarabağ münaqişəsinin tarixi həllinə nail olmaq üçün bütün vacib addımlar atılacaq. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz, əlbəttə ki torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq".
Deputat qeyd edib ki, təəssüf ki, beynəlxalq hüququn kağız üzərində qalmış qərarlarının bəzi hallarda məhz hərbi güc sayəsində icra olunmasını müşahidə edirik: "Güc amili bir sıra demokratik dövlətlərin öz maraqlarının təmin olunmasında belə başlıca amil kimi çıxış edir.
Bu reallıq Azərbaycanı da münaqişənin həllində bütün vasitələrdən maksimum istifadə etmək, tarixi ədaləti bərpa etmək və beynəlxalq hüquq normalarını təmin etmək üçün hərbi güc faktorunu öndə saxlamağa səfərbər edir. Dövlətimizin amalı və məqsədi öz suverenliyini tam və birdəfəlik həll etməkdir.
Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin mövqeyi birmənalı və qətidir - Qarabağ Azərbaycandır və münaqişə yalnız Azərbaycanın ərazı bütövlüyü çərçivəsində öz həllini tapa bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev





