"Problemi elə həll etmək lazımdır ki, erməni məsələsi yenidən Azərbaycan torpaqlarında basdırılmış mina rolunu oynamasın"
"Məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında Prezident İlham Əliyev bir çox mühüm məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminin həllinə də diqqət çəkdi və mahiyyət etibarilə Ermənistan rəhbərliyinin manipulyativ davranışlarını növbəti dəfə ifşa edən məqamlara toxundu".
Bu fikirləri Milli.Az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
"Azərbaycan Prezidenti öz nitqində qeyd etdi ki, "Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır". Qənaətimə görə, bu yanaşma Azərbaycan torpaqlarının işğalına səbəb olan uzunmüddətli bir prosesə münasibətdə bu günədək səsləndirilən ən lakonik və ən doğru qiymətləndirmədir", - E.Mirzəbəyli qeyd edib.
Onun sözlərinə görə, proses isə ermənilərin tarixi Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən, İrəvanın, Zəngəzurun və digər tarixi Azərbaycan torpaqlarının qəsb olunmasından başlayır: "İstər Azərbaycan Xalq Cümhuriyyətinin movcud olduğu 23 ay ərzində, istərsə də SSRİ dönəmində ermənilərin Azərbaycana davamlı torpaq iddiaları iddiaları ilə müşayiət olunan proses öz kompleks və birdəfəlik həllini tapmayıb və Azərbaycan torpaqlarına köçürülən ermənilər ayrı-ayrı güc mərkəzlərinin, regionu nüfuz dairəsində saxlamağa çalışan dövlətlərin və erməni millətçilərinin əlində təzyiq alətinə çevriliblər, etnoseparatçı "mina" rolunu oynayıblar. Dağlıq Qarabağda yaşayan ermənilərə Ermənistanın, erməni diasporunun və lobbisinin, eləcə da hər üç təsisatdan öz maraqları üçün istifadə edən xarici dairələrin təsir imkanlarının bütün dövrlərdə qorunub saxlanılması dezinteqrasiya prosesinin məqsədyönlü şəkildə stimullaşdırılmasına zəmin yaradıb".
"Ermənilər Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşasalar da, etnomədəni və bir çox digər amillərə görə, Ermənistanın təsir dairəsində olub. Hər cür millətçiliyə qarşı olduğunu elan edən SSRİ rəhbərliyi isə məqsədyönlü şəkildə erməni millətçiliyinə nəinki göz yumub, hətta daha da çiçəklənməsinə imkan yaradıb. Dağlıq Qarabağda yaşayan ermənilərə Ermənistanla əlaqələrini sıx şəkildə saxlamağa imkan yaradan SSRİ rəhbərliyi indiki Ermənistan ərazisində, öz tarixi vətənlərində yaşayan azərbaycanlılara bu imkanı tanımayıb, əksinə onların Azərbaycanla mədəni münasibətlərinin minumuma endirilməsi istiqamətində İrəvanın göstərdiyi bütün səylərə dəstək verib", - ekspert vurğulayıb.
"Yalnız Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə Dağlıq Qarabağda demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsinin və azərbaycanlı əhalinin miqrasiyasının qarşısının alınmasına nail olunub ki, bu proses də Heydər Əliyev Azərbaycan rəhbərliyindən getdikdən sonra, həmçinin daxili və xarici düşmənlərin, satqın və xəyanətkarların birgə səyləri nəticəsində öz məntiqi sonluğuna varmayıb", - E.Mirzəbəyli deyib.
"Prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin birdəfəlik, tam həll olunmalı olduğunu önə çəkməsi tarixi proseslərdən çıxarılan obyektiv və yeganə doğru qənaətdir. Yəni problemi elə həll etmək lazımdır ki, erməni məsələsi yenidən Azərbaycan torpaqlarında basdırılmış mina rolunu oynamasın, Azərbaycan dövlətçiliyi və gələcək nəsillər bir də heç vaxt müxtəlif forma və məzmunlarda təzahür edə biləcək eyni problemin həllinə vaxt və güc sərf etməsin" , - siyasi ekspert qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu





