Milli Şuranın növbəti videokonfransı: Bu dəfə Altay Göyüşov ağır təhqir olunub - VİDEO
Milli Şuranın növbəti videokonfransının görüntüləri yayılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu görüntüdə, əsasən, professor Altay Göyüşovla bağlı müzakirələr aparılıb.
Gültəkin Hacıbəyli və Rahim Hacıyev Altay Göyüşovu təhqir edərək, onu saxta professor adlandırıblar.
Gültəkin Hacıbəyli Altay Göyüşovun ABŞ-da yaşayan Sevinc Osmanqızını təhqir etdiyini bildirib: "Ramiz Yunus "Osmanqızı" kanalında Altay haqqında fikirlər səsləndirib. Altay Göyüşov da Sevinc haqqında çox pis yazıb".
"Azadlıq" qəzetinin sabiq baş redaktoru Rahim Hacıyev isə Altay Göyüşovu ağır təhqir edib: "O, oyunlar içindədir. Alim və tədqiqatçı adam belə şey etməlilidir. Bu qədər tərbiyəsizlik, səviyyəsizlik etmək olmaz. Onda ciddi psixoloji problemlər olduğu görsənir. O özünə çox vurğun adamdır".
Rafiq Manaflı isə Altay Göyüşovun dayaz adam olduğunu, əllaməlik etdiyini bildirib.
Milli Şuranın digər üzvü Qənimət Zahid də Altay Göyüşovu tərbiyəsiz adam adlandırıb.
Vəkil Namizəd Səfərov isə Altay Göyüşovun leksikonunda tərbiyəsiz sözlərin üstünlük təşkil etdiyini deyib: "Lakin cəmiyyət içində Altay Göyüşov da, Aslan İsmayılov da bəyənilir. Bu da onların özlərini professor kimi aparmasına əsas verir. Altay müəllimdir, çoxlu tələbəsi var"
N. Səfərovun sözlərinə münasibət bildirən Rahim Hacıyev yenidən Altay Göyüşovu təhqir edib: "Dünyanın hər yerində bunun kimi başdan xarab, səfeh hərəkətlər edənlərin bəlli bir çevrəsi, auditoriyası var. İnanmıram ki, əvvəlki kimi ona diqqət olsun".
Qeyd edək ki, bir neçə gün əvvəl də Milli Şuranın videokonfransının görüntüləri yayılıb. Həmin görüntülərdə Milli Şuranın Koordinasiyası Mərkəzinin üzvlərinin cinsi azlıqları təhqir etdiklərini, Müsavat və Real partiyasının fəaliyyətlərini lağa qoyduqları ortaya çıxıb.
Videonu bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=rxa6mjkRpIM
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





