Siyasət
Norveçdə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
9 Dekabr 2011 15:18
Baxış: 767
Norveçin Oslo və Stavanger şəhərlərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) yaranmasının beş illiyinə həsr olunmuş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə məşhur Oslo Konserthaus mədəniyyət sarayında keçirilən tədbirdə NAYO-nun sədri Ramil Əliyev ötən beş ildə təşkilatın əldə etdiyi uğurlar haqqında danışıb.
R.Əliyev yubiley tədbirlərinin Oslo ilə yanaşı, Avropanın neft paytaxtı adlandırılan Stavenger şəhərində də keçirilməsini NAYO-nun Norveçin müxtəlif şəhərlərində fəaliyyət göstərən nümayəndəliklərinin uğurlu fəaliyyətinin bariz nümunəsi olduğunu söyləyib.
Oslonun meri Fabian Stanq, Türkiyənin Norveçdəki səfiri Həyati Güvən, Kon-Tiki muzeyinin idarə heyətinin sədri Tur Heyerdal, Norveçin Azərbaycandakı keçmiş səfiri Con Ramberq, Oslo şəhər məclisinin üzvləri Mertefe Bartınoğlu və Gülay Kutal çıxış edərək müstəqilliyimizin bərpasının 20-ci ildönümü və NAYO-nun yaranmasının beş illiyi münasibətilə təbriklərini çatdırmışlar. Natiqlər Azərbaycan ilə Norveç arasında əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.
Tədbirin bədii hissəsində Azərbaycanın və Norveçin tanınmış musiqiçilərinin ifaları maraqla dinlənilib.
Norveçin məşhur skripkaçısı Halvard Byörgum Azərbaycanın əməkdar tarzəni Sahib Paşazadə ilə bir səhnəni bölüşərək "Heyratı" muğamını və "Tello" xalq mahnısını maraqlı kompozisiyada ifa ediblər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
XƏBƏR LENTİ
-
Aygün Kazımovadan Namiqlə bağlı paylaşım - (Foto)
-
Hadisə qardaşı qızı üçün mahnı oxudu – Makiyajsız görüntüsü diqqət çəkdi - (Video)
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Bu ərazilərə qar yağdı (Foto)
-
Pilot namazını təyyarədə qıldı - (Video)
-
Yaponiyada güclü zəlzələ
-
Tramp Si Çinpin və Putinlə danışacaq
-
“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
-
Elgizin bağ evinin həyətindən gündəm olan Videosu
-
Qızıl və gümüş bahalaşdı
-
"Barselona" "Atletiko"nu geridönüşlə məğlub etdi
-
Bank işçisi qəfil öldü
-
Soyuducu yaxşı soyutmur? – Səbəblər açıqlandı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - (Foto)
-
Evdə ayaqyalın gəzməyin zərərləri
-
Xeyli çəki atan azərbaycanlı məşhurların son görüntüləri müzakirə yaratdı - (Fotolar)
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"