Siyasət

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

1 May 2020 15:23
Baxış: 832

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokolun təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunur ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında" Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.