Siyasət

Azərbaycanın Gürcüstandakı səfirliyi regiona humanitar yardım çatdırıb

29 Aprel 2020 17:37
Baxış: 1 025

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Kaxeti regionuna səfəri zamanı vilayət administrasiyasına 200 ərzaq paketi təhvil verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin paketlər Kaxetinin sosial həssas ailələrinə veriləcək.

Səfiri qəbul edən qubernator İrakli Kadagişvili bu addımına görə D.Həsənova, Azərbaycan xalqına və Azərbaycan Biznes Assosiasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, aprelin 9-da Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə, aprelin 10-da Bolnisiyə, aprelin 11-də də Rustavi və Qardabaniyə humanitar yardım çatdırmışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.