Siyasət

Həmsədrlər sabah Bakıya gələcək

19 Aprel 2010 21:28
Baxış: 195
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Əhməd Davudoğlunu qəbul edib. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirib. XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Vaşinqtonda keçirilən görüşlər, proseslərin gedişatı və danışıqların təfərrüatları barədə məlumat verib.

Elmar Məmmədyarov mətbuata açıqlama zamanı həmçinin bildirib ki, sabah Bakıya ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov və amerikalı həmsdəri Robert Bradtke səfər edəcək. Nazirin sözlərinə görə, fransalı həmsədr Bernar Fasie bu dəfə Azərbaycana gəlməyəcək. Həmsədrlər Azərbaycan rəsmləri ilə görüşüb, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair müzakirələr aparacaq.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da həmsədrlərin regiona səfərlərinin olduqca önəmli olduğu vurğulayıb.

/ANS PRESS/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.