Siyasət

"Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır"

9 Aprel 2020 14:03
Baxış: 1 157

Hazırda koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov vurğulayıb ki, Azərbaycandakı birlik ölkəmizi istəməyən qüvvələrə təsir edir: "Həmin insanlar utanmasalar, deyərlər ki, koronavirusu dünyaya Azərbaycan hökuməti yayıb. Əli Kərimli, Cəmil Həsənli və s. Azərbaycanın düşmənləridir. Azərbaycan xalqı həmişə Prezidentin ətrafında sıx birləşməlidir. Hamı qanuna tabe olmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.