Siyasət

ATƏT regiondakı monitorinqləri dayandırır

18 Mart 2020 22:37
Baxış: 949

ATƏT regiondakı monitorinqləri dayandırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi, səfir Anjey Kasprşikin bəyanatında deyilir.

Bəyanatda deyilir: "Koronavirusun yayılması ilə əlaqədar mövcud vəziyyət bütün bölgədə beynəlxalq sərhədlərin bağlanmasına, beynəlxalq və yerli heyətin səyahətləri üçün məhdudiyyətlərə səbəb oldu. İnfeksiya riskini azaldılması üçün həmçinin şəxsi təmaslara da məhdudiyyətlər mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və tərəflərlə məsləhətləşmələrdən sonra bu məhdudiyyətlər aradan qaldırılana qədər monitorinqlərin dayandırılması qərara alındı. Eyni zamanda, mən müvafiq hərbi hakimiyyətlərlə əlaqə saxlamağa davam edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.