Hava

Külək güclənəcək - XƏBƏRDARLIQ

30 Sentyabr 2025 18:00
Baxış: 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.7 m/san təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.