Siyasət

Ağdaş və Göyçayda yaşayış məntəqələrinin qazlaşdırılmasına 11,97 milyon manat ayrılıb

12 Mart 2020 11:55
Baxış: 872

Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.