Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və Robert Koçaryanla bağlı hazırda istintaq davam etdirilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluğun birgə mətbuat konfransında deyib.
E.Tağıyev vurğulayıb ki, Xocalıya hücum zamanı 613 nəfər qətlə yetirilib: "Xocalı soyqırımı zamanı şəhərin 5 379 nəfər əhalisi deportasiya olunub. Cinayət işi üzrə 5 istiqamət müəyyən edilib. Cinayət işinin istintaqı zamanı 39 nəfər Xocalı soyqıırmı, 3 nəfər terror cinayətləri, ümumilikdə isə 305 şəxsin əməlləri Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar üzrə sübuta yetirilib. Axtarışların təmin edilməsindən ötrü müvafiq təşkilatlara göndərilib. Onlardan 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib".
Milli.Az