Prezident İlham Əliyev: İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar
İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.
Prezident İlham Əliyev bildirib:
"Hesab edirəm ki, İtaliyanın turizm sahəsində nadir təcrübəsi var. İtaliya turistlərin sayına görə zənnimcə, dünyada birinci, ya ikinci yerdədir. Azərbaycanda da bu sahə inkişaf edir. Keçən il turistlərin sayı təqribən 20 faizə yaxın artıbdır. Şadam ki, son üç il ərzində İtaliyadan Azərbaycana gələnlərin sayı təxminən 40 faiz artmışdır. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.
Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsindəki əməkdaşlığı xüsusilə qeyd etmək istərdim. Artıq səkkiz ildir ki, Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi ucalıb. Azərbaycanın Romada Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl bina alınıbdır və əminəm ki, yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq.
Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.
Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.
O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası - IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.
Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.
Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır.
Mən vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, biznes forumun çox böyük gündəliyi var və İtaliya şirkətlərini maraqlandıran bütün suallara cavablar veriləcək. Çıxışımın sonunda bir məsələni qeyd etməliyəm. Artıq hökumət üzvlərinə bu barədə mənim tərəfimdən müvafiq göstəriş verilib ki, Azərbaycan və İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin tarixində yeni səhifə açıblar. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır. İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki, İtaliya şirkətlərinin də marağı bizim marağımızla üst-üstə düşür. İnanıram ki, biznes forum bu istiqamətdə önəmli addım olacaqdır.
Göstərilən qonaqpərvərliyə görə bir daha həm Prezident Mattarellaya, həm Baş Nazir Konteyə, nazir Di Mayoya dərin təşəkkürümü bildirirəm. İtaliya xalqına daimi firavanlıq və xoşbəxtlik arzulayıram. Sağ olun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
XƏBƏR LENTİ
-
Keyfiyyətli kərə yağı necə seçilir?
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var





