Siyasət

Bizim fəaliyyətimizi şübhə altına almayın - Məzahir Pənahov

17 Fevral 2020 17:19
Baxış: 1 864

"Özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deputatlığa namizədə deyib.

M.Pənahov bildirib ki, namizəd MSK-nı müraciətlərə baxmamaqda ittiham edir: "Siz iddia edirdiniz ki, Mərkəzi Seçki Komissiyası mənim müraciətimə baxmır. Ancaq siz gördünüz ki, Mərkəzi Seçki Komissiyası sizin müraciətinzə daha ətraflı baxır. Siz çalışın bizim fəaliyyətimizi şübhə altına almayın. Mən etiraz etmirəm, siz özünüzü təbliğ edin, amma bizi də gözdən salmağa meyil etməyin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.