Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Parlamentinin aşağı palatası Milli Şuranın (Konqres) sədri xanım İzabel More ilə görüşüb. Qeyd edilməlidir ki, Milli Şuranın sədri İsveçrədə ən yüksək ranqlı şəxs sayılır.
Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə səfir parlamentlərarası əlaqələrin İsveçrə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu baxımdan İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının (Senat) prezidenti Jan-Rene Furnyenin keçən ilin sonlarında Bakıya səfərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda İsveçrə Parlamentində fəaliyyət göstərən azsaylı dostluq qruplarından birinin Azərbaycanla dostluq qrupu olmasından məmnunluq ifadə edilib.
Səfir X.İbrahimova İsveçrə Parlamentinin mart sessiyasında hər iki palatanın üzvləri üçün Səfirlik tərəfindən təşkil ediləcək Azərbaycan barədə ilk təqdimata toxunaraq, yaradılan bu imkana görə Parlament sədrinə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, İsveçrə parlamentariləri Azərbaycan barədə məlumatı əsasən mətbuatdan əldə etdiyi üçün onlara məlumatın daha dolğun və dürüst çatdırılması baxımından bu cür təqdimatların əhəmiyyəti çox böyükdür.
X.İbrahimova həmsöhbətini ölkəmizdə cari il fevralın 9-da baş tutan parlament seçkiləri barədə məlumatlandırıb, bu seçkilərin xalqın iradəsini əks etdirdiyini, 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə aparmasının həm xalqın seçkilərə marağının, həm də seçkilərin rəqabət mühitində keçməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, İsveçrədə 2019-cu ilin oktyabrında keçirilən parlament seçkilərində olduğu kimi Azərbaycanda da seçkilər nəticəsində Parlamentin 30%-nin yeniləndiyi, eləcə də yeni Parlamentin 20%-nin qadınlardan ibarət olacağı qarşı tərəfin diqqətinə çatdırılıb.
Görüşdə həmçinin, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən struktur islahatlardan söz açılıb, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
X.İbrahimova Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuza toxunaraq, digər dövlətlərin ölkəmizi etibarlı tərəfdaş kimi görməsi sayəsində bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və GUAM kimi təşkilatlara sədrlik etdiyini diqqətə çatdırıb. İ.More Azərbaycanın nailiyyətlərindən məmnunluğunu dilə gətirərək, ölkəmizə gələcək fəaliyyətində uğurlar arzu edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri





