Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında 35 saylı Xətai üçüncü sekçi dairəsində də parlament seçkilərinin nəticələrini ləğv edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda bildirilib ki, araşdırmalar zamanı həmin seçki dairəsi üzrə pozuntuların baş verdiyi müəyyən edilib və bu pozuntular həmin dairə üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.
İclasda həmin dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsi təklif olunub və təklif səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Abbasov Rauf Arif oğludur.
Milli.Az