Siyasət

“İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər” - İtaliyalı müşahidəçi

9 Fevral 2020 15:54
Baxış: 745

"Seçki prosesini yaxından izləmişəm. Hər hansı bir neqativ halla, süni maneə ilə rastlaşmamışam. İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər".

Milli.Az bildirir ki, bunu SİA-ya 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində 9 fevral parlament seçkilərini müşahidə etmiş İtalya parlamentinin üzvü Boludi Rossana deyib.

Onun sözlərinə görə, seçki hazırlığına və seçkilərin keçirilməsi yaxşı təşkil olunub: "Məntəqələrdə veb-kameraların quraşdırılması, istənilən KİV nümayəndəsinin məntəqələrə daxil olaraq, prosesi yaxından izləməsi seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.