Siyasət

Səhrayə Xankişiyeva: Ötən seçkilərdə olduğu kimi bu seçkilər də demokratik keçəcək - FOTO

9 Fevral 2020 10:09
Baxış: 673

Əminəm ki, ötən seçkilərdə olduğu kimi bu seçkilər də demokratik keçəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə 16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində seçki prosesini izləyən, "Vətəndaş həmrəyliyi" partiyasından olan müşahidəçi Səhrayə Xankişiyeva deyib.

Onun sözlərinə görə, artıq bir neçə dəfə seçkilərdə müşahidəçi kimi iştirak edib:"Mən hər dəfə seçkilərin şəffaf keçirildiyini müşahidə etmişəm. Əminəm ki, bu seçkilər də belə olacaq. Müşahidə apardığımız vaxt ərzində hələ heç bir qanun pozuntusu görməmişəm. Gələn seçicilərin sənədləri diqqətlə yoxlanılır".

Məntəqədə müşahidə aparan digər müşahidəçi Rəhimə Hacıyeva bildirib ki, seçkilərdə artıq 4-cü dəfədir ki, müşahidəçi kimi iştirak edir. O da indiyədək hələ heç bir qanun pozuntusunun qeydə alınmadığını söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.