Siyasət

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

6 Fevral 2020 15:04
Baxış: 685

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazirliyin rəsmi "Twitter" səhifəsində yayılan başsağlığında deyilir:

"Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.