Siyasət

Parlament seçkiləri ilə bağlı yerli və beynəlxalq müşahidəçilərin sayı bəlli oldu

29 Yanvar 2020 19:09
Baxış: 940

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 58 344 nəfərə çatıb.

MSK sədri bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və rəqəmlər artacaq.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı sabah başa çatacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.