Ombudsman Zamin Salayevlə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini vəziyyəti və sənədləşmə araşdırılıb, bir sıra müraciətlər yerində təmin olunub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Zamin Salayev qəbul edilərək konfidensial qaydada dinlənilib, şikayəti qəbul olunub. Z. Salayev DİN-nin Hospitalında tibbi müayinələrdən keçirilib, ailə üzvü ilə görüşü təmin edilib. Müəssisədə onun hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinlik yoxdur.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.
Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib
-
Prezident İlham Əliyev Türkiyəyə yeni səfir təyin etdi
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
-
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olundu
XƏBƏR LENTİ
-
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
-
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
-
Varlanmaqda çox çətinlik çəkən üç BÜRC
-
İran Silahlı Qüvvələri hər öldürülən iranlı üçün bir amerikalı əsgər öldürəcək - Əli Abdullahi
-
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
-
Daha bir övladı Pittin soyadını istəmir
-
Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
-
Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanılıb
-
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
-
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
-
“İflicdən sonra düşündüm ki, teatrla qurtardım” - Kubra Əliyeva
-
Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb - (Yenilənib)
-
Andrea Pirlo İtaliya millisinə baş məşqçi təyin oluna bilər
-
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
-
Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər - Tramp
-
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
-
Afra Saraçoğlu sevgilisi ilə görüntüləndi - (Foto)
-
"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"
-
Bakıda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
-
Arayik Harutyunyan və digərlərinin şikayəti üzrə apellyasiya məhkəməsi prokurorların çıxışı ilə davam etdirilib (Foto)
-
Avtomobil təmiri sexində meyit tapıldı
-
"Haluk hesabıma 1,5 milyon keçirtdi" - Qardaşının ifadəsi yayıldı
-
İki prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb
-
“Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı





