Siyasət

"Bütün deputatlığa namizədlər üçün bərabər şərait yaradılıb" - MSK sədrinin müavini

18 Yanvar 2020 13:23
Baxış: 1 179

Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, bütün dairələr, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. O xatırladıb ki, ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib:

"Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına (DSK) məlumat verməklə həmin yerlərdən heç bir çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-lərin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.