Siyasət

Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

17 Yanvar 2020 09:39
Baxış: 828

Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb.

Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizindən çoxunun namizədliyi qeydə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.