"Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan sonuncu yerdədir"
Dahi şəxsiyyət Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik islahatlar yoluna çıxardığı müstəqil Azərbaycan Respublikası bu gün sabit şəraitdə sürətlə inkişaf edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib:
"Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz uğurlu idarəetmə nəticəsində beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələri fəth edib. Belə ki, Azərbaycanda vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan bənzəri olmayan uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Qazanılan uğurlar, əldə edilən nailiyyətlərlə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də ən ağrılı problem olaraq bir an da olsun diqqətdən kənarda qalmır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə tutarlı, kəsərli faktlarla beynəlxalq aləmdə mövqeyini dayanmadan möhkəmləndirən ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addımlığında dayandığını nəzərə çatdırıb. Dövlət Başçısı işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını, bütün əsas parametrlər üzrə ölkəmizin işğalçı Ermənistanı böyük fərqlə qabaqladığını diqqətə çatdırıb. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xatırladan Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, 9 il bundan əvvəl baş vermiş hadisə onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir.
"Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir"- Ölkə başçısının səsləndirdiyi bu rəqəmlər işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığının təsdiqidir".
P.Kərimzadə vurğulayıb ki, makroiqtisadi sahədə də göstəricilər ölkəmizin inkişafının, tərəqqisinin işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu nümayiş etdirir: "Belə ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə bu rəqəm cəmi 13 milyard dollardır. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.
Təkcə sosialyönümlü islahatlarla zəngin 2019-cu ilə nəzər yetirmək kifayətdir ki, Azərbaycanda əməkhaqları və pensiyaların işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunun şahidi olasan. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir.
Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi rəqəmlər, ötən ilin oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında dərin məzmunlu çıxışı hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Eyni zamanda Prezident İlham Əliyevin milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqeyi işğalçı Ermənistanın avantürist hakimiyyətinin baş nazirinin öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməyə haqqı çatmadığının tutarlı faktlarla daha bir təsdiqidir.
"Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır"- Ölkə başçısının reallığa, humanizmə əsaslanan bu fikirləri müstəqil Azərbaycanın siyasi və iqtisadi sahələrdə sabitliyinin əmin əllərdə olduğundan xəbər verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır





