Müxalifətə 644 min avro ayrıldı: "ölü canlar"ın dirilməsi üçün
Azərbaycanda komatoz duruma düşən və faktiki can verməkdə olan radikal müxalifəti "diriltmək" üçün yeni taktikaya əl atılıb. Əslində köhnə ssenarinin qalıqları olan bu taktikada yeganə fərq maliyyə mənbələrinin dəyişmədiyi halda ayrılan vəsaitin fərqli formada təqdim olunması cəhdləridir.
Azərbaycanın "Siyasi partiyalar haqqında" qanununa görə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların xaricdən maliyyələşməsi qəti qadağandır. Bu səbəbdən özlərini radikal və eyni zamanda "demokratik" mxalifət sayan bir sıra partiyalar ölkə sərhədlərindən kənardakı mənbələrdən aldıqları maliyyəni leqallaşdırmaq üçün son illərədək qeyri-hökumət təşkilatlarından yararlanırdılar.
AXCP və Müsavat partiyalarının yaratdıqları, bu siyasi təşkilatların rəhbərlərinin birbaşa nəzarətində olan, fəqət ən müxtəlirf adlarla rəsmi qeydiyyatdan keçib fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) qrant qismində aldıqları vəsaitlərin total hissəsini məhz siyasətçilərə verirdilər.
Bu, onların könüllü seçimləri yox, mükələffiyyətləri idi.
Məsələn, 2011-ci ilədək on milyonlarla dollar qrant qismində alınaraq müxalifətdəki 4 partiya arasında bölüşdürülmüşdü.

Müxalifət düşərgəsini təmsil edən partiyaların QHT-lər vasitəsilə xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında qanun"un tələblərinə zidd idi.
Əgər QHT-lər siyasi partiyaların maliyyələşməsi ilə bağlı xaricdən qrantlar alırlarsa və aldıqları qrantlar Azərbaycan dövlətçiliyinə qarşı yönəlirsə, bu cinayət məsuliyyəti yaradırdı. Fakt ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bəzi QHT-lər var ki, onlar xarici ölkələrdən qrantlar almaqla məşğul olurdular.
QHT-lər haqqında qanunun tələblərinə görə, QHT-lərin siyasi fəaliyyətlə məşğul olması yolverilməzdir. Eləcə də hər hansı bir partiyanın QHT vasitəsi ilə xaricdən qrantlar alması qəbuledilməzdir. Çünki xaricdən qrant alan həmin siyasi partiya xarici təsirlərin altına düşmüş olur. Bu isə nəticədə arzuolunmaz halların baş verməsinə gətirib çıxara bilər. Əgər hər hansı bir QHT təmsilçisi xaricdən qrantlar alırdılarsa, təbii ki, bu, şəffaf şəkildə həyata keçirilməlidir. Yəni hər bir məsələ Azərbaycan qanunları çərçivəsində olmalıdır.
Lakin xaricdən gələn pulların dadını alan və şirədən məhrum olmaq istəməyən "siyasi lider"lər ifrata vardıqlarından reallıq hissini itirmişdilər.
Məhz bunun nəticəsində olan maliyyələşməni maksimuma çatdıranda uçuruma yuvarlandılar və öz tamahlarına əsir düşərək bütün qrant imkanlarından məhrum oldular.
Səbəb trivial idi: səbr kasası daşan, aşkar şəkildə xaricdən maliyyələşən və məqsədləri də ölkədə "rəngli inqilab" yaşatmaq olan radikal müxalifətin əndazədən çıxmış davranışlarının qanunla təsbit olunmuş formada nizamlanmasına ehtiyac vardı. Daha doğrusu, müxalifət partiyalarının xaricdən maliyyələşməsinə son qoyulmalı idi.
Dövlət zəruri tədbirlərə əl atdı və xaricdən "donor yardımları" adı ilə maliyyələşməyə son qoyuldu. Radikal müxalifət partiyalarının fəaliyyətlərindəki zəifləmə məhz maliyyə mənbələrinin qəflətən itirilməsindən sonra yaranan məcburi passivlikdi.
Bir qədər keçdi, asan və rahat pul mənbələrindən məhrum olmuş radikal müxalifət partiyaları yeni taktikaya əl atdı. Bu dəfə müxtəlif "jurnalist mükafatları" vasitəsilə pulların əldə edilməsinə, habelə xarici ölkələrdəki seminarlar, müzakirələr, konfranslar və s. zamanı nağd pulların alınmasına keçildi.
Nağd pulların məbləği 10 min dollardan artıq deyildi və o vəsait hər "səfər"dən sonra ölkəyə gətirilib bəlli partiyaların istənilən rəsmi hesabatdan gizli saxlanılan "büdcə"sinə əlavə olunurdu.
Ötən ilin sonlarınadək belə idi.
2020-ci il üçün nəzərdə tutulmuş maliyyə sxemində cüzi dəyişikliklər olunub.
İlkin məlumatlara görə, Azərbaycandakı radikal müxalifətin qanunsuz yolla, yəni çirkli pullarla maliyyələşdirliməsinə bu il 644 min avro ayrılıb.

Bəhs olunan məbləğ heç bir halda bilavasitə müxalifət partiyalarına verilə bilmədiyindən "mükafat", "qonorar", "səfər xərcləri" və s. kimi invariasiyalara əl atılıb.
Lakin heç bir maliyyə və ya kənar yardım Azərbaycandakı sistemsiz, siyasi diskursdan kənar qalmış radikal müxalifətə yardım etmək qüdrətində deyil.
Reanimasiyaya ehtiyacı olan bu partiyalar və təşkilatların müasir şəraitdəki xüsusiyyətləri, daha doğrusu məcazları durumun radikallar üçün vahim olduğunu göstərir.
Qərb siyasi elminin klassik təminlərinə görə, siyasi müxalifətin tiplərinin bəlirlənməsində əsas məsələ həmin müxalifətin məqsədlərinin ölkədəki konstitusion quruluşa uyğunluq səviyyəsidir. Sözügedən məqam istənilən strukturun ölkənin siyasi həyatında iştirak vasitəsi və fəaliyyətin sonuc formasıdır.
Azərbaycandakı radikal müxalifətdə isə şüur forması əfsuslar olsun ki, cəmiyyətdəki sosial-siyasi dəyərləri qəbul etmir və nəticədə aqressivləşmiş, radikallaşan siyasi kursları belə, qeyri-müəyyəndir.
Məhz bu səbəbdən də AXCP və "Milli Şura" məhz bu səbəbdən fəaliyyətlərində prioritet kimi siyasətin qeyri-konvensional formalarına, yəni "birbaşa hərəkət" qismində qəbul etdikləri mitinqlərə və icazəsiz aksiyalara üstünlük verirlər.
Eyni zamanda, radikal müxalifət ötənilki strategiyası ilə də vidalaşmaq niyyətində deyil. Tam əksinə, alınacağına ümid etdiyi maliyyə vəsaiti hesabına AXCP və "Milli Şura" yeni qanunsuz aksiyalarla sanksiyalaşdırılmamış piketlər keçirmək, hakimiyyətlə amansız qarşıdurmada olduğunu xaricdəki bosslarının nəzərinə çatdıraraq sübut etməyə can atacaqlar.
2020-ci ili radikal müxalifət özünün intibah və fəaliyyət ili sanır.
Çətin, çünki ölü canların dirilməsi ehtimalı çox azdır.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)





