Siyasət

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə qarşı birgə mübarizə aparacaq

10 Yanvar 2020 19:17
Baxış: 1 556

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki,mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq:

"Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək".

Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.