Siyasət

Prezident İlham Əliyev bu şəxslərə ali rütbələr verdi

21 Noyabr 2019 18:53
Baxış: 2 424

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.