Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat
Ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar, gerçəkləşdirilən mühüm infrastruktur layihələri və digər əməli tədbirlər düşünülmüş sistemli inkişaf strategiyası əsasında reallaşdırılır. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hüseynbala Mirələmov deyib.
H.Mirələmov bildirib ki, aparılan məqsədyönlü sosial-iqtisadi islahatlar öz müsbət nəticəsini verməkdədir:
"Bu ilin doqquz ayının sosial-iqtisadi göstəriciləri də müsbətdir və ölkədə iqtisadi artım təmin olunub. Xüsusilə qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur, eyni zamanda ölkəmizdə qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bütün bunlar son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar nəticəsində mümkün olub".
Deputat vurğulayıb ki, dövlətin həyata keçirdiyi strategiyanın əsas xətti vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, insanların rifahının gündən-günə yüksəldilməsidir: "Bu il dövlət başçısı tərəfindən çox ciddi və böyük sosial paket reallaşdı və bunun nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiya, əməkhaqqı, müavinətlər artırıldı".
H.Mirələmov əlavə edib ki, Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl sektorun inkişafı istiqamətində yaradılan səmərəli şərait, demokratik ortam xarici əməkdaşlıq əlaqələrinin də miqyasının genişlənməsinə, ölkəyə investor axınına rəvac verir:
"Hazırda Azərbaycan nail olduğu yüksək sosial-iqtisadi inkişaf səviyyəsi ilə dünyanın aparıcı dövlətlərinin, eləcə də beynəlxalq nüfuzlu təşkilatların diqqətini çəkməklə yanaşı, müxtəlif reytinq cədvəllərində də ilk sıralarda yer alır. Azərbaycanın "Doing Business 2020" reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alması da yuxarıda qeyd etdiyimiz fikirlərin əyani təcəssümüdür.
Dünya Bankı ekspertləri hesab edir ki, ölkəmizin belə bir müsbət nəticəyə imza atması Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi və müqavilə intizamı sahələrində həyata keçirilən mühüm tədbirlərin real həyatda öz təsdiqini tapması ilə əlverişli biznes mühitinin formalaşmasının nəticəsidir".
H.Mirələmov qeyd edib ki, davamlı uğurlar silsiləsi Azərbaycan iqtisadiyyatında müsbət meyillərin yüksələn dinamika ilə inkişafının göstəricisi kimi çox sevindiricidir: "Bunu əlbəttə ki, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, eləcə də xarici investisiya qoyuluşlarının həcminin artması üçün yaradılan əlverişli biznes mühiti şərtləndirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Rusiya "Ölü əl"i yenidən işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi





