Siyasət

Səfir: "Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər"

10 Oktyabr 2019 20:37
Baxış: 626

Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə iri layihələr həyata keçirirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkmənistanın Bakıdakı səfiri Məkan İşankuliyev Türkmənistanın Müstəqillik Günü münasibətilə təşkil edilən qəbulda bildirib.

Səfir əlavə edib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir:

"Böyük potensiala sahib olan Türkmənistan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən regional və yanacaq, enerji, nəqliyyat və tranzit sahələrində beynəlxalq əhəmiyyətli iri layihələr həyata keçirirlər."

Daha sonra o, Türkmənistan və Azərbaycanın açıq və qarşılıqlı dialoq apardığını qeyd edib:

"İkitərəfli münasibətlərin bütün sahələrində ölkələrimiz bərabərlik, qarşılıqlı hörmət və etimad ruhunda konstruktiv həllər tapırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.