Siyasət

Rusiya mədəniyyət naziri: "Rusiyada azərbaycanlı mədəniyyət xadimləri ilə fəxr edirlər"

22 Yanvar 2010 12:30
Baxış: 590
Bu barədə cümə günü RF-nin mədəniyyət naziri Aleksandr Avdeyev Bakıda jurnalistlərə deyib.

"Bizim məqsədimiz Rusiya və Azərbaycan vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqə yaratmaqdır", - bu gun Bakıda keçirilən Azərbaycan-Rusiya vətəndaş cəmiyyətləri Forumunda iştirak edən Avdeyev deyib.

RF mədəniyyət nazirinin sözlərinə görə, görüş iştirakçıları Azərbaycan və rus dillərinin qorunub saxlanması və gələcək inkişafının təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

"Mədəniyyətin taleyi haqqında fikir söyləmək maraqlıdır, mədəniyyət bazarın təsiri altına düşməməlidir və bazar münasibətlərinin girovu olmamalıdır", - Avdeyev deyib - "Biz gəncləri öz xalqına hörmət etdikləri kimi qonşu xalqlara da hörmət etmək ruhunda tərbiyələndirməliyik".

/Trend News/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.