Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov
Gənc fəal Nahid Cəfərov AXC sədrinin müavini Fuad Qəhrəmanlının ailəsinə qarşı vəhşiliyinə haqq qazandıranlara cavab verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Nahid Cəfərov bildirib ki, F.Qəhrəmanlını müdafiə edənlər özləri zorakılığı dolayısı ilə təbliğ edirlər: "Bu vəhşiliyə - yəni buna başqa ad verə bilmədim - "Bu onun ailə məsələsidir", "Bundan Cəbhəyə qarşı istifadə etmək olmaz" deyənlərə demək istəyirəm ki, Selcan güclü bir qızdır. Onunla bir dəfə təhsili ilə bağlı ünsiyyətimiz də olub. Adamın necə güclü xarakterə malik olduğunu gözlərimlə görmüşəm. Selcan artıq ona işgəncələr verən atasından xilas olub və Fuad Qəhrəmanlının artıq onu incitmək və ona zərər yetirmək şansı yoxdur. Selcan artıq Hollandiyadadır və onun ciddi bir dəstəyə də ehtiyyacı yoxdur. Müəyyən qədər gərginlikləri var və bu da keçib gedər".
N.Cəfərov qeyd edib ki, adam siyasi iddiası olan, hakimiyyəti dəyişib onun yerinə keçmək istəyən bir partiyanın sədr müavinidir. Sabah 100 minlərlə Selcan kimi uşağın taleyi ilə bağlı qərar vermək mexanizminə və gücə sahib olmaq iddiasındadır: "Adamın əlində indi sadəcə fiziki gücü var və şəxsi mənfəəti üçün bundan doğma övladına qarşı istifadə edib. Sabah adamın əlində hakimiyyət gücü olsa, o zaman nələr edəcəyini bir düşünün".
Gənc fəal əlavə edib ki, Selcanın bu etiraflarından sonra Fuad Qəhrəmanlı, Əli Kərimli və Səadət Cahangir dərhal istefa verib siyasətdən getməlidirlər: "İndi cəbhəçilər gündəmi dəyişmək üçün əlindən gələni edəcəklər, buna uymayın. Bu bir daha göstərir ki, bu insanlar saxtadırlar və onların apardıqları mübarizə də saxtadı. Liberal dəyərlər, insan hüquqları və ifadə azadlığının nə demək olduğunu bilməyən insanlar, ailəsində diktatorluq edən, öz şəxsi övladının, həyat yoldaşının hüquqlarını malik olduğu fiziki güclə boğan bir insan və onu müdafiə edənlər ölkəyə diktatura gətirəcəklər, demokratiya deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)





