Siyasət

“Ermənistan “seçki şousu” ilə dünyanın diqqətini işğal etdiyi Qarabağa çəkməyə çalışır”

11 Sentyabr 2019 17:06
0 Şərh     Baxış: 727

Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "yerli özünüidarəetmə orqanlarına seçkilər"ə münasibət bildirib.

Bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. "Dünya separatçı Dağlıq Qarabağ rejimini beynəlxalq hüququn subyekti kimi tanımırsa, orada keçirilən seçkilərin heç bir mənası yoxdur. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Ermənistanın işğalçı siyasətini dünya birliyi görür. Bu gün dünya birliyinin diqqətini işğal etdikləri torpaqlara çəkmək üçün "seçki şousu" yaradırlar. Ermənistanın planı bu dəfə də fiaskoya uğrayacaq",- siyasətçi vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.