Əliməmməd Nuriyevdən Ermənistanla bağlı ÇAĞIRIŞ
"Beynəlxalq Şəffaflıq Təşkilatı seçki müşahidəçiliyini həyata keçirmir".
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev bildirib.
"Ermənistan KİV-inin məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikasında qondarma seçkilərin müşahidəsi üçün vətəndaş cəmiyyətinə təxminən 70 min dollar - 34 milyon dram vəsait ayırıb. Bu məlumatlara görə, Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsi də bu vəsaiti alacaq və müşahidəni həyata keçirəcək təşkilatların sırasında yer alır. Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi olaraq bəyan edirik ki, bu qətiyyən yolverilməzdir və bu informasiyalar dorğudursa, Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır. Biz dərhal Beynəlxalq Şəffaflıq Təşkilatına müraciət edəcəyik, bu məsələnin dəqiqləşdirilməsinə çalışacağıq və Ermənistan Milli Bölməsinin bu addımının qarşısını alacağıq. Hesab edirik ki, Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal bu məsələ ilə bağı araşdırma aparmalıdır və əgər bu məlumatlar doğrudursa, Ermənistan Milli Bölməsinə qarşı müvafiq tədbirlər görülməlidir. BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar, dünya ölkələri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıblar. Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Qondarma Dağlıq Qarabağ Respublikası dünyada heç bir ölkə tərəfindən tanınmayıb və Beynəlxalq Şəffaflıq Təşkilatının Ermənistan Milli Bölməsinin bu addımı separatizmə, terrorçuluğa dəstək kimi qiymətləndirilə bilər. Beynəlxalq Şəffaflıq Təşkilatı bu cür təşəbbüsə dəstək verə bilməz, dözümlü yanaşa bilməz və beynəlxalq hüquq prinsiplərinə hər zaman hörmətlə yanaşan bu təşkilat öz mövqeyini ortaya qoymalıdır", - deyə o qeyd edib.
Ə.Nuriyev vurğulayıb ki, Beynəlxalq Şəffaflıq Təşkilatı siyasi proseslərlə bağlı məsələlərdə iştirak etmir, seçki müşahidəçiliyi də bura daxildir: "Beynəlxalq Şəffaflıq Təşkilatı seçki müşahidəçiliyini həyata keçirmir. Bunu nəzərə alaraq da Ermənistan Milli Bölməsinin bu addımı yolverilməzdir. Əgər bu məlumatlar düzdürsə, Ermənistan Milli Bölməsinə qarşı elə tədbirlər görülməlidir ki, separatizmi, terrorçuluğu təşviq edən, işğal faktına haqq qazandıran bu addım presedent yaratmasın. Söhbət Beynəlxalq Şəffaflıq Təşkilatının mövqeyindən, reputasiyası və obyektivliyindən gedir və əminik ki, təşkilat öz qəti mövqeyini açıqlayacaq. Azərbaycan Milli Bölməsi olaraq prinsipial mövqeyimiz bundan ibarətdir və Ermənistan Milli Bölməsinə qarşı müvfiq tədbirlər görülənə qədər bu istiqamətdə səylərmiz davam edəcək. İstisna etmirik ki, ermənilər yenə öz ənənəvi tərz və siyasətlərinə sadiq qalaraq Beynəlxalq Şəffaflıq Təşkilatını da fakt qarşısında qoymağa, təxribata çəkməyə çalışırlar. İstənilən halda bu cəhdlər heç bir nəticə verməyəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb





