“Azərkosmos”un peyk təsvirləri: “İsabulağı” ətrafında meşə zolağı qırılıb
"Azərkosmos" ASC-nin Azersky peyki vasitəsilə cari ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşa şəhərində "İsabulağı" ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyi və "Azərkosmos" ASC-nin birgə mətbuat açıqlamasında deyilir.
Açqılamada qeyd edilir ki, həmçinin, peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb:
"Məlum olduğu kimi, Ermənistanın işğal altındakı ərazilərimizdə törətdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır, həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir. Azersky təsvirləri vasitəsilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntıhasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, Azersky vasitəsilə aparılmış son monitorinqlər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və geniş miqyaslı yanğınların törədildiyi müşahidə edilib. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb. Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən təbii sərvətlərin istismarı və talan edilməsi, kənd təsərrüfatı və su ehtiyatları da daxil olmaqla sosial, iqtisadi və nəqliyyat infrastrukturunun dəyişdirilməsi, meşələrin qırılması, yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyriqanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar. Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqların əvvəl-axır Azərbaycanın nəzarətinə qaytarılması qaçılmazdır. O cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzkar qüvvə tərəfindən vurulan zərər müvafiq beynəlxalq mexanizmlər vasitəsilə hesablanacaq, Ermənistan Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)





