Siyasət

Pul üçün qul əzabı çəkənlərin şabaşı

18 İyul 2019 16:09
Baxış: 2 869

"Bu günə qədər xaricdə siyasi mühacirlər haqqında bir cümlə belə söz yazmamışam. Ancaq bu gün gördüyüm kadrlar məni buna məcbur etdi.

İçmisiz, çəkmisizsə bu da yaxşı...mahnı qoyub rəqs edirsiz...bu da lap yaxşı...

Amma bu gün ölkədə aclıq var, səfalət var kimi həbsxanalarda onlarla sizin sözə inanıb aksiyalarda həbs edilən yatan oğullar var, işsiz vəziyyətdə sizə güvənib nəyinsə dəyişəcəyinə inanan insanlar var və bu gün onların ehtiyacları çoxdur deyə statuslar yazırsız. Amma bir birinizin başına avroları səpirsiz... budur sizin onlar üçün apardığınız işlər? Bu kadrlar göstərir ki, yalnız özünüzü düşünürsüz....( O yerə səpilən pulları bir ehtiyaclı insana dəstək ilə bilərdiz...

Xaricdə bu gün qul əzabı çəkənlərə kömək edə bilərdiz, lap o pulları tələbə təhsil haqqına verə bilərdiz.... Amma o cürə yekəxanalıq, özündən razılıq lazım deyildi..., Sizin daha bizim toylarda pul səpələyən məmurlardan nə fərqiniz oldu?

Belə çıxır ki, sizə imkan yaratsalar xalqın pullarını yeyən məmurlar kimi dövlət pulunu mənimsəyib bir birinizin başınıza səpəcəksiz?

İnsanların bədbəxtliyi üzərində qurulan xaricdə o cürə xöşbəxtlik Allahın da xoşuna gəlmir".

Bunu soydaşımız Zaur Əliyev yazır. O, son iki gündə Facebook-da belə yazılar paylaşan yüzlərlə, minlərlə azərbaycanlıdan biridir.

Məsələn, Rövşən Ziya Vəziroğlu Facebook-da yazıb: "Yaxşı ki, Allah dəvəyə qanad verməyib. Həmin videoya mən də baxdım və onların üzünə lomba ilə tüpürmək istədim. Millətini, dövlətini düşünən o... belə qələtlər etməz".

Gerçəkdən də, millət və dövlətini düşünən azərbaycanlı - dəxli yoxdur, harada yaşayır, necə yaşayır, nə üçün yaşayır - əxlaqla, tərbiyə ilə davranmağa çalışır.

Fəqət, Avropa ölkələrinə sığınan və özlərini "siyasi mühacir" adlandıran siyasət plebeylərində davranış, intellekt, məntiq və qürur bir qədər mübahisəli nəsnələr təsiri bağışlayır.

Xüsusilə də AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov və onun "döyüş yoldaşı", "səngər rəfiqi" Məhəmməd Mirzəli.

Facebook-da onların videosu yayılıb. İçiblər, əylənirlər və İ.Kərimov Avropada necə də yaxşı yaşadığını göstərmək üçün əlində tutduğu avro çəngəsindən şabaş səpələyir.

Budur İnqilab Kərimovun şüuru: "Mən pul səpələyirəm, acından ölmürəm, vəziyyətim əladır, kefim yaxşıdır".

Şabaş vermək qəbahət deyil. İçib əylənmək də cinayət sayılmır.

Qəbahət və əxlaqa cinayət sosial şəbəkələrdə az qala Həmədan dilənçisi pozası alıb çətin güzərandan bəhs etmək, habelə Azərbaycandakı "yoxsulları və kasıbları düşünürəm, boğazımdan tikə keçmir" yazıb ağlamsınmaq, əslində isə belə işrət yığnağında əylənməkdir.

Bunun adı vicdansızlıq, yalançılıq və ikiüzlülükdür.

Səd heyflər olsun ki, İnqilab Kərimov əmisi oğlu, AXCP sədri Əli Kərimlinin fəaliyyətindən sanki vəcdə gəlir, ona bənzəməyə çalışır.

Yaşadıqları ölkələrdə sığınacaq alandan sonra miskin həyatlarına siyasət rəngi qataraq Azərbaycanı hədəfə alan, "siyasi fəal" olan bu adamların yeganə məqsədləri ölkəmizi mümkün qədər çox böhtanlarla yalanlara tuş etmək, əvəzində də sifariş aldıqları qurumlardan qrant, maliyyə ayırması və ya dəstəyi qismində mümkün qədər çox pul əldə etməkdir.

Onların əyləncəsi, dostluqları da saxtadır. Ümumi verilib paylanan pullar olduqca, dostdurlar.

Pul bölgüsündə mübahisə yaranan kimi düşmənə çevrilirlər.

Tural Sadıqlı ilə Məhəmməd Mirzəli kimi primitivlər misal ola bilər.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.