Azərbaycanın düşməninin içi və astarı
Ötən ilin yayında Qərbin, xüsusilə də ABŞ-ın hazırladığı ssenari əsasında Serj Sarqsyanı devirəndən sonra Ermənistanda hakimiyyəti ələ alan, baş nazir "seçilən" Nikol Paşinyan səyahətə meylli adammış.
İndiyədək o, bir neçə ölkədə səfərlərdə olub.
Ermənistan baş nazirinə dövlətin ayırdığı təyyarədə boş yerlər qaldığından və o təyyarə də havaya qalxıb harasa uçduğundan "sadə, demokrat və təvazökar" baş nazirin ailəsi də büdcə pullarından yararlanaraq səyahətə çıxırlar.
N.Paşinyanın xaricə səfərlərinin bir qismi rəsmi və ya işgüzar olub. Məsələn, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin, AŞPA-nın və s. təşkilatlarının toplantıları.

Yerdə qalan səfərlərsə aşkar gəzinti və "başmaq seyri" səciyyəli idi: məsələn, Vyetnama vizit təki.
Hər səfərdə də N.Paşinyan mobil telefonu ilə canlı yayımlar edib, selfilər çəkdirib, fotolarını Facebook səhifəsində paylaşıb.
Yəni güya o, "xalqa açıq, transparent, fəaliyyətini gizlətməyən" liderdir.
Üstəlik, onun səfərlərini müxtəlif beynəlxalq təşkilatların maliyyələşdirdiyi erməni saytları və telekanalları "çox ciddi səfərlər, Ermənistanın demokratik inkişafına və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək danışıqlar" kimi qələmə verirlər.
Halbuki, N.Paşinyanın səfərləri Ermənistana hər hasnı formada konkret, predmetli xeyir gətirməyib və gətirə bilməzdi. Səbəb Ermənistanın baş nazirinin və onun komandasının səfər edilən ölkələrə, hətta ermənilərin tərəfdaşlarına və tərəfmüqabillərinə konkret heç nə təklif edə bilməməsidir.
İrəvandakı hakimiyyətin təşviqat və təbliğat mexanizmlərində istifadə olunan yeganə məqam "azad və demokratik, Cənubi Qafqazda demokratiyanın dayağı Ermənistan" absurdu, bu sarsaq blefdir.
Ermənistan Avropa Birliyi ilə çərçivə sazişinin imzalanmasından sonra Brüsselin İrəvana investisiyaları sel kimi axıdacağına, viza rejiminin maksimum dərəcədə yumşaldacağına, ermənilərin istədikləri zaman Avropa Birliyinə yollanaraq oradakı ölkələrdən birində 3 ay qala və işləyə biləcəyinə, habelə Brüsselin İrəvanı bir çox məsələlərdə dəstəkləyəcəyinə ümid edirdi.

Daha doğrusu, bu ümidlər elə geniş təbliğ olunurdu ki, Ermənistan cəmiyyətində "Avropa Birliyi məsələsi artıq həll olunub" kimi çox yanlış təsəvvür yaranmışdı.
Fəqət, Donald Tuskun İrəvana səfəri ermənilərin ovqatlarını təlx etdi. Məlum oldu ki, Ermənistanda qeyri-zorakı, məxmər, xalq və ilaxır inqilabın yaşanmasına, Nikol Paşinyanın da baş nazir postuna yiyələnməsinə rəğmən, Avropa Birliyi belə efemer məsələlərə görə pul vermək niyyətində deyil.
Brüssel N.Paşinyanla komandasından konkret islahat və fəaliyyət, Ermənistanın səfil vəziyyətdən çıxarılaraq dirçəldilməsi proqramını istəyir. Belə islahatlar proqramı isə yoxdur.
Olan N.Paşinyanın boşboğazlığı, sonsuz vədləri və düşmən elan etdiyi siyasi rəqiblərini təqiblərə məruz qoyması, həbslər seriyasının davam etməsidir.
Səbəblər çoxdur, amma onların arasında ən başlıcası Nikol Vovayeviç Paşinyanın özünün əməli iş və proqram adamı olmamasıdır. Onun nisbətən alababat bacardığı yeganə iş tribunaya dırmaşıb danışmaqdır. Xüsusilə də meydanlarda. Ondan məntiqli davranış, ölçülüb-biçilmiş nitq, konkret proqram və ya predmetli addımlar gözləmək, yumşaq desəm, sadəlövhlükdür.

Məsələn, Nikol Paşinyanın Vyetnama səfəri onun və ətrafının bu ölkəni görmələrindən savayı Ermənistana nə xeyir gətirdi, yaxud gətirə bilərdi?!
Ermənistanın baş naziri bu yaxınlarda Sinqapurda da olub. Yəqin bu səfər "Sinqapuru görməsəm, ölərəm" adlı strateji proqram çərçivəsində gerçəkləşdirilib.
Sinqapurda maraqlı olay da yaşanıb. İş ondadır ki, Ermənistanın baş naziri orada meritokratiyadan, yeni ləyaqətlilərin hakimiyyətindən bəhs edib.
"Sinqapurun dövlət idarəetməsinin əsaslarını təşkil edən meritokratiya, praqmatizm və vicdan bu gün yeni Ermənistanın rəhbərliyi üçün də fəaliyyət prinsipi olub", - N.Paşinyan söyləyib.
Yaxşı sözlərdir, amma nə etməli ki, ağ yalandır. Nikol Paşinyanın dedikləri ilə elədikləri, sözləri ilə əməlləri arasında dibi görünməyən uçurum var.
Fikir verin: meritokratiya, yəni ləyaqətli insanların hakimiyyətindən klassik oxlokratiyanı, yəni kütlənin hakimiyyətini təmsil edən adam danışır. Oxlokratiya isə siyasi idarəetmənin ən pis formalarından biridir.
Onun mahiyyəti ucuz populizm, sonsuz və hədsiz demaqogiya, yalandır.

Ermənistanda indi hakimiyyətdə Nikol Paşinyanın adamları, tanışları, qohumları, ona sadiq insanlardır. Yəni İrəvandakı hakimiyyətin meritokratiya ilə heç bir əlaqəsi yoxdur.
Əgər "yeni" Ermənistanda qanunvericilik və konstitusionluğun canlı timsalı yeni seçki saxtalaşdırılmalarının texnoloqu və müəllifi, telestudiyalarda yatan Qagik Cangiryandırsa, Paşinyan hansı meritokratiyadan bəhs edir?
Konkretlik və praqmatizmə gəldikdə isə, Nikol Paşinyan yalnız hakimiyyəti qəsb etməklə onu əldə saxlamağa çalışmaqda bu keyfiyyətləri nümayiş etdirməyə çalışır. Vicdana gəldikdə isə, Ermənistanın baş naziri vədlərinin heç birini reallaşdırmadığından yaxşı olar o məhfumu xatırlamasın, dilinə gətirməsin.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
XƏBƏR LENTİ
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)





