Düşmənimizə rəhbəri düşmən kəsilib
2018-ci ilin mayında Nikol Paşinyan əvvəlcə özünü "xalq namizədi" elan etdi, sonra isə hakimiyyətə gələndən sonra "xalqın baş naziri" oldu. Bu, əslində, yalan deyildi, çünki küçələrə çıxmış ermənilər "Haykakan Jamanak" qəzetinin keçmiş baş redaktorunu, keçmiş millət vəkilini və sabiq prezident Levon Ter-Petrosyanın keçmiş müşavirini dövlət başçısı qismində görürdülər. Görürdülər, çünki onu özlərindən biri sayırdılar və Paşinyana böyük ümidlər bəsləyirdilər.
Gözləntilərdə Paşinyan, sanki, Robin Qud idi. Ermənilər, xüsusilə də işsiz, kasıb, az maaş alan və ya maaşından narazı qalan, ölkədəki səfillikdən, korrupsiyadan, məmur özbaşınalığından, işsizlikdən və ümidsizlikdən bezən haylar düşünürdülər ki, Nikol varlılardan pulları alıb yoxsullara paylayacaq.

Nikol Paşinyan Ermənistanın baş naziri postuna yiyələnəndən sonra, təbii ki, varlılardan "xüsusi vergi" topladı və indi də toplamağa davam edir. Lakin bu pullar ermənilərə verilmədi, Paşinyanın "Mənim addımım" bloku və "Gülüşlər şəhəri" fondunun hesablarına keçirildi. Yığılan pulların məbləği açıqlanmır. Məbləği, sadəcə, Paşinyanın yaxın ətrafı və o ətrafın süfrəsinin qırıntılarından qidalananlar bilirlər.
Sadəlövh ermənilər düşünürdülər ki, onların həyatları Paşinyanın bomj yaşamından krallara layiq cah-cəlallı həyata keçid sürətilə dəyişəcək.
Nikol Paşinyanın həyatı dəyişsə də, meydanlarda "Nikol - baş nazir!" bağıranların yaşamlarında heç bir dəyişiklik yoxdur. Əslində, məntiqi prosesdir və başqa cür ola da bilməzdi.
Kütlənin hakimiyyətə gətirdiyi və elə həmin kütləyə "sənin maraqların üçün çalışıram" deyərək yalan danışan insanın lider qismindəki populist çıxışları, demaqoji vədləri heç bir halda konkret nəticələrə, inkişafa səbəb ola bilməzdi.
Halbuki normal ölkələrdə populist siyasətçi onu hakimiyyətə gətirən kütlədə kəskin narazılıq və etirazlara səbəb olmamaq üçün insanlara bir miqdar "ənam" paylayır.
Paşinyan bunu da etmədi.

... Ermənistanda ABŞ ssenarisi və maliyyəsi ilə ötən il başlanmış "inqilabi situasiya"nın əvvəlində kütlə ilə Nikol Paşinyan çox emosionaldılar. Əsəblər tarıma çəkilmiş, emosiyalar gərgindi. Kütlə hələ də özünü ümidlər və gözləntilərlə aldadırdı.
Paşinyan isə hakimiyyəti ələ alandan və baş nazir olandan sonra bir müddət kütlə ilə oynadı. O, hökumət Dəftərxanasının binasının giriş qapısına doğru yollanıb aksiya iştirakçıları ilə görüşür, atüstü, tələm-tələsik göstərişlər verirdi.
"Onların qapılarıdır, onların hökumətidir - nə istəyirlər, onu da edəcəklər", - Paşinyan o zamanlarda deyirdi.
Nikol Paşinyan və nazirləri işə piyada gəlir, selfilər çəkdirir, sadə olduqlarını göstərməyə çalışırdılar. Bir sözlə, siyasi klounada və buffonada ilə məşğul olurdular.
Bir müddət keçdi. Ermənilər gördülər ki, küçələrdə və meydanlarda effektiv fəaliyyət göstərmiş Nikol Paşinyan kabinetlərdə qərarların qəbulunda bir o qədər qeyri-effektivdir, müsbət və gərəkli nəticələrə nail ola bilmir.
Gördülər və bir zamanlar pərəstiş etdikləri kumirlərinə arxa çevirməyə başladılar.
Nikol Paşinyan da bir zamanlar "mənim xalqım" dediyi insanlara yavaş-yavaş kələk gəlməyə, "saray həyatı" rejiminə alışmağa başladı.

Turnelər, səfərlər, qulluqçular, büdcə hesabına əyləncələr və məsti-xumar olmaq...
Ermənistanın baş naziri yaxşı dərk edir ki, bir zamanlar ona vurğun olan "küçə"ni bilmərrə itirib. Bariz misal: əslən Dağlıq Qarabağdan olan ermənilərin Ermənistandakı təsir imkanlarını minimuma endirmək üçün onların liderlərindən olan sabiq prezident Robert Köçəryan həbs olunandan sonra zaminə buraxılanda Paşinyan çılğına dönmüşdü. O, tərəfdarlarını İrəvandakı bütün məhkəmə binalarını mühasirəyə alaraq boykot etməyə çağırmışdı.
Di gəl, bir zamanlar "küçələrin ulduzu" sayılan baş nazirin çağırışa çox az tərəfdarı cavab verdi.
Bu səbəbdən də naçar qalan N.Paşinyan prosesə "Mənim addımım"dan olan deputatları, Ağsaqqallar Şuralarının üzvlərini, məmurları qatmalı oldu.
İndiki situasiyada N.Paşinyanın yeganə çıxış yolu Ermənistandakı "postinqilab" məntiqinin çərçivəsində davranmaqdır. Yəni zahirən xalqa "açıq", demokrat lider imcini saxlamaqla yanaşı, əvvəlki hakimiyyətlərlə müqayisədə daha qəddar, məkrli, sərt və qisasçı davranmaq, hakimiyyəti pul və güclə qorumaq, rəqibləri əzmək.
Ötən həftə Nikolay Vovayevin komandasının üzvlərinə və yaxın ətrafındakı adamlarına dövlət büdcəsi hesabına mükafatlar paylayıb. Bir şərtlə ki, həmin mükafatın verildiyini media, cəmiyyət, habelə dövlət aparatının aşağı təbəqəsində olan məmurlar bilməsinlər.
Hakimiyyətin güc vasitəsilə əldə saxlanılmasına gəldikdə isə, N.Paşinyan ilkin mərhələdə baş prokuror Artur Davtyandan yararlandı. Daha sonra isə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanı təriflədi, hər iki yeni "proteje"sinə general rütbələri verdi.

Yəni o, hakimiyyətini qorumaq məsələsində fərqli davranmır. Kənardan idarə olunan "inqilab" ssenarisi və kütlənin dəstəyi ilə hakimiyyəti ələ keçirənlər həmişə xalqı aldadıblar, vətəndaşlardan inzibati və güc rıçaqları vasitəsilə qorunmağa çalışıblar.
Nikol Paşinyan "oliqarxlarla savaş" apardığını desə də, özü əsl oxlokratdır və dövlət büdcəsi hesabına komanda üzvləri arasında imtiyazlı taban formalaşdırmağa başlayıb.
Belə davam etsə, "demokrat" Paşinyanın çirkin əməlləri, komandasının qarəti və rüşvətxorluğu erməniləri Serj Sarqsyanın hakimiyyətini həsrətlə xatırlamağa vadar edəcək.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
XƏBƏR LENTİ
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)





