Siyasət

Deputat: "Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir"

17 May 2019 18:59
Baxış: 667

Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bunun nəticəsində Azərbaycan idmançılarının uğurları ildən-ilə artır.

Onun sözlərinə görə, Azərbaycan artıq idmanın müxtəlif növləri üzrə Dünya və Avropa Çempionatları, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər beynəlxalq yarışların keçirildiyi idman ölkəsinə çevrilib.

Ötən gün möhtəşəm açılışı baş tutan bədii gimnastika üzrə 35-ci Avropa Çempionatından danışan millət vəkili qeyd edib ki, Mehriban Əliyeva Azrbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayandan sonra respublikamızda bu idman növünə diqqət və qayğı daha da artıb: "Bakıda bədi gimnastika üzrə Avropa Çempionatı artıq 4-cü dəfədir ki keçirilir. Bu, Azərbaycan idmanının, ümumilikdə ölkənin ildən-ilə artan nüfuzundan xəbər verir. Azərbaycanda idmana qayğı və diqqət yüksək səviyyədədir".

Deputat yarışda iştirak edən yığma komandamıza fərdi yarışlarda uğurlar arzu edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.