Siyasət
Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü İSESCO-da qeyd edilib
18 Oktyabr 2011 12:08
Baxış: 820
İSESCO-nun Mərakeşin paytaxtı Rabat şəhərindəki daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin ikinci toplantısı öz işinə başlayışb. Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, iki gün davam edəcək tədbirin açılışında İSESCO-ya üzv dövlətlərin nümayəndələri, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi xanım L.Axərbaş, digər rəsmi şəxslər, İƏT-ə üzv dövlətlərin Rabatdakı səfirləri və mətbuat nümayəndələri iştirak ediblər.
Toplantında çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyalararası dialoqun müasir dövrdə beynəlxalq təhlükəsizliyin və sülhün gücləndirilməsi, yeni humanist beynəlxalq sistemin yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdiyini toplantı iştirakçılarının diqqətinə çatdıran İSESCO-nun baş direktoru bu münasibətlə təşkilatın daimi qərargahının foyesində ölkəmizin Rabatdakı səfirliyi tərəfindən fotosərginin təşkil edildiyini bildirib. Əbdüləziz bin Osman əl-Tüveycri daimi qərargahın yüksək tribunasından Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etmiş, xoş arzularını bildirib.
Əbdüləziz bin Osman əl-Tüveycri BMT Təhlükəsizlik Şurasında ölkəmizin 2012-2013-cü illərdə qeyri-daimi üzvlük üçün namizədliyinin İSESCO və İƏT-ə üzv dövlətlər tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.
Sonra müasir Bakı haqqında film nümayiş etdirilib.
Daha sonra Əbdüləziz bin Osman əl-Tüveycri, xanım L.Axərbaş və Azərbaycanın Mərakeşdəki səfiri S.Ağabəyov İSESCO-nun daimi qərargahının foyesindəki fotosərginin lentini kəsərək, iştirakçıları ölkəmiz haqqında iri ölçülü rəngli fotolara baxmağa dəvət ediblər. Tədbir iştirakçıları Azərbaycan nemətləri ilə bəzədilmiş şirniyyat süfrəsinə də qonaq olublar.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış bukletlər tədbir iştirakçılarının marağına səbəb olub.
Qeyd edək ki, Mərakeşin ərəbdilli "əl-Aləm" və fransızdilli "La pnion" qəzetlərində səfir S.Ağabəyovun Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar geniş müsahibələri də dərc olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu