Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib - FOTO
Heydər Əliyev Fondu Pakistanın Müzəffərabad şəhərindəki Rara qızlar məktəbinə hədiyyələr göndərib. Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin nümayəndələri məktəbdə olaraq müxtəlif dərs ləvazimatları, o cümlədən məktəb üçün kompüter, printer, idman ləvazimatları və Fondun müxtəlif nəşrlərini təqdim ediblər.
Milli.Az xəbər verir ki, Fondun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra dağılan məktəbin binasının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən inşa edildiyini və 2007-ci ildə istifadəyə verildiyini bildirib. Heydər Əliyev Fondunun Pakistanla əlaqələri daim diqqətdə saxladığını, Fondun prezidenti Mehriban Əliyevanın Pakistanla əməkdaşlığa və əlaqələrə xüsusi önəm verdiyi vurğulanıb. Bu baxımdan ötən müddət ərzində Müzəffərabad şəhərindəki məktəb daim diqqətdə saxlanılıb, mütəmadi olaraq Fond və səfirlik nümayəndələri məktəbə olublar.
Heydər Əliyev Fondunun fəaliyyəti, onun təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif ölkələrdə, o cümlədən Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr barədə məlumat verən səfir Müzəffərabad şəhərində 400 şagird yerlik Rara qızlar məktəbinin inşa edilməsinin bunun bir nümunəsi, həmçinin Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bir təzahürü olduğunu bildirib.
Rara qızlar məktəbinin direktoru xanım Şirin Kadri və Kəşmirin təhsil üzrə direktoru məktəbin çətin və ehtiyac duyulan bir zamanda Fond tərəfindən tikilib istifadəyə verildiyini və bu addımın yüksək qiymətləndirildiyini bildiriblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan dövlətinə, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər və şagirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində məktəbin önəmli rolunun olduğunu diqqətə çatdırıblar.
Rara qızlar məktəbinin şagirdləri həmçinin müxtəlif musiqili-mədəni səhnəciklər təqdim ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)





