Ermənistan rəhbərliyində Qarabağ məsələsinə haçalı münasibət - KİM YALAN DEYİR?
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vyanadakı görüşü Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ilk dəfə ATƏT-in Minsk qrupu tərəfindən birbaşa təşkil edilmiş görüş idi.
Bu fikirləri Milli.Az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Azərbaycan Ermənistana növbəti dəfə şans verdi

E.Ələsgərov təxminən danışıqların getdiyi vaxtda Ermənistanın Müdafiə naziri David Tonoyanın Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı bəyanatla çıxış edərək səsləndirdiyi fikirlərin bir neçə məqamdan xəbər verdiyini söyləyib: "O, "ərazi qarşılığında sülh" formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə" formulu ilə əvəzləyib. Tonoyan deyib ki, onlar artıq bunun tam əksini, yəni "yeni ərazilər üçün yeni müharibə" edəcəklər. "Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür," - deyən nazir əlavə edib ki, Ermənistan hərbi əməliyyatları Azərbaycanın ərazisinə transfer edə biləcək qoşun bölmələrimizin sayını artıracaq.
Vyana görüşü müəyyən ümidlər yaradıb
Ermənistanın Müdafiə nazirinin bəyanatı bir neçə məsələdən xəbər verir. Əvvəla, Tonoyan açıq bildirir ki, Dağlıq Qarabağ Ermənistan ordusu tərəfindən işğal olunub. İkincisi, həmin bu işğalçı ordu indi daha çox ərazi işğal etmək niyyətindədir. Üçüncüsü, separatçı rejimin guya özünün ordusunun olması tam cəfəngiyyatdır. Dördüncüsü, Ermənistan danışıqlarda guya Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını həlletmə hüququnu müdafiə edir. Lakin Tonoyanın bəyanatı göstərir ki, Ermənistanın Dağlıq Qarabağdakı davasının müqəddərat məsələsi ilə bağlı heç bir əlaqəsi yoxdur və tam yalandır. Beşincisi, bu bəyanat həm də onu sübut edir ki, Tonoyan sadəcə yalançıdır. Çünki cəbhə bölgəsində mövcud hərbi-siyasi vəziyyət Ermənistanın lehinə deyil ki, onlar hücuma keçsin. Yəni bu bir "blef"dir. Bu həm də onu göstərir ki, Ermənistan ordusunda vəziyyət o qədər bərbaddır ki, nazir döyüş ruhunu yüksəltmək üçün bu cür fikirlər səsləndirir. Eyni zamanda Ermənistanda siyasi dairələrdə Paşinyan hökumətinə qarşı böyük narazılıq var. Ona görə də ola bilsin ki, Tonoyan bu bəyanatını da daxildəki hərc-mərclik və inamsızlıq şəraitində ruh yüksəkliyi yaratmaq üçün səsləndirib".
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)





