Azərbaycan Ermənistana növbəti dəfə şans verdi
"29 mart tarixində Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüş bir sıra mühüm aspektləri ilə diqqətçəkən oldu".
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin sözlərinə görə, hər şeydən öncə işğalçı Ermənistanın "format" siyasi spekuliyasiyasına son qoyuldu, təqribən bir illik fasilədən sonra məsələnin mahiyyəti üzrə danışıqların aparılmasına start verildi, hər iki tərəfdən danışıqları konstuktiv adlandırdı və danışıqların davam etdirilməsi ilə bağlı xarici siyasət idarələrinə tapşırıq verildi: "Bu, faktiki olaraq ənənəvi "3 + 2" formatında danışıqların bərpası kimi də qiymətləndirilə bilər.
Önə çıxan məsələlərdən biri də həmsədrlər tərəfindən verilən bəyanatda sülh prosesinin irəli aparılması üçün mühitin yatadılması, münaqişənin həlli üçün konkret və nəticəyönümlü addımların atılmasının vacibliyinin vurğulanması oldu. Görüşdən dərhal sonra BMT Baş katibinin xüsusi bəyanatla çıxış edərək problemin həll edilməsi ilə bağlı aparılan danışıqları dəstəklədiyini bildirməsi də əslində sülh danışıqlarına BMT səviyyəsində dəstək kimi qiymətləndirilə bilər. Vyana görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev bir daha Azərbaycanın danışıqlar masasındakı mövqeyini açıq şəkildə bəyan edərək bildirdi ki, bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur. Bu o deməkdir ki, Azərbaycan heç bir halda öz qəti və haqlı mövqeyindən geri çəkilməyəcək. İşğalçı Ermənistan bunu biməlidir və əgər danışıqlara gəlirsə, bunun fərqində olaraq gəlməlidir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, N.Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq daxili auditoriya üçün çıxış edəndə deyə bilməyəcək ki, danışıqların gündəmi yoxdur, yaxud mən sadəcə formatla bağlı görüş keçirdim".
H.Babaoğlunun fikrincə, başqa bir yenilik isə ondan ibarətdir ki, danışıqlar prosesinin humanitar aksiyalarla da dəstəklənməsi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb ki, bu da həmsədrlərin tez-tez bəyan etikləri etimad mühitinin əldə olunmasına yardım məqsədi daşıyır: "Ancaq Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Bu isə belə şərh olunmalıdır ki, danışıqların müəyyən mərhələsindən sonra etimad məsələsi aktuallaşa bilər və Azərbaycan tərəfi buna etiraz etmir. Əgər bütün bunları ümumiləşdirməyə çalışsaq, belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan işğalçı Ermənistanı danışıqlar masasına qaytara bildi, öz mövqeyindən geri çəkilmədi, beynəlxalq dəstəyini daha da artırdı və problemin sülh yolu ilə həll olunması ilə üçün Ermənistana növbəti şans verdi. Bu şansdan İrəvanın necə istifadə edəcəyini isə onun bundan sonra atacağı addımlarda görəcəyik. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək üçün heç vaxt digər vasitələrə də əl ata biləcəyini istisna etməyib."
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Azərbaycan və ICESCO mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirir - (Foto)
-
Ceyhun Bayramov Zuyevlə beynəlxalq terrorçuluğu müzakirə edib - (Foto)
-
Bakı dünyaya şüar yox, təcrübə təqdim edir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - (Video)
XƏBƏR LENTİ
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi





