Siyasət

Əfv Sərəncamı Azərbaycanın humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi

16 Mart 2019 23:42
1 Şərh     Baxış: 472

Azərbaycanda əfv siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin təşəbbüsü ilə ölkəmizdə dəfələrlə amnistiya aktları qəbul edilib, əfv sərəncamları imzalanıb. Qürurverici haldır ki, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli açıqlamasında deyib.

Bu Sərəncamın minlərlə vətəndaşa sevinc bəxş etdiyini deyən E.Həsənli bildirib: "Sərəncamın ən böyük üstünlüyü ondan ibrətdir ki, bu Sərəncam Cinayət Məcəlləsinin demək olar bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Bu, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına yüksək diqqət və qayğısının, dövlətimizin başçısının yüksək humanizminin bariz nümunəsidir. Dövlətimizin başçısının 16 illik prezidentliyi dövründə imzaladığı fərman və sərəncamlarda bu ali diqqətin və mərhəmətin şahidi olmuşuq. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamı səkkiz min nəfəri əhatə edib. Bugünkü Sərəncam isə yüzlərlə ailəyə əsl bayram sevinci bəxş etdi. Ən əsası, bu Sərəncam Azərbaycanın hüquqi demokratik dövlət olduğunu, humanist dəyərlərə sadiqliyini bir daha bütün dünyaya göstərdi".

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 17 Mart 08:5500

    çox gözəl və yerində atılmış addım idi, kaş Qardaşımız Tale bağırzade də azadlıqa çıxaydı, INŞALLAH oda olar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.