Baş nazir: "Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub"
2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük uğurlar və əlamətdar hadisələrlə zəngin olub. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.
N.Məmmədov bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi böyük təmtəraqla qeyd edildi.
Baş nazir vurğulayıb ki, 2018-ci ildə keçirilən prezident seçkilərində müdrik xalqımız ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi, ölkədə sabitliyə, inkişafa səs verdi. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran strateji hədəflər müəyyən edildi.
N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub.
O deyib ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Baş nazir bildirib ki, ötən il ərzində Azərbaycanda əhalinin sosial təminatı yaxşılaşdırılıb, əməkhaqları, pensiyalar, müavinətlər artırılıb.
N.Məmmədov vurğulayıb ki, ötən il Azərbaycanın qida məhsulları ilə özünü təmin etməsinə böyük diqqət ayrılıb və bu istiqamətdə dövlət dəstəyi davam etdirilib:
"Əkin sahələrinin suvarma sisteminin yaxşılaşdırılmasına da diqqət ayrılıb, eyni zamanda, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 314 subartezian quyusu qazılıb, suvarma kanallarının, kollektor şəbəkəsinin yaradılması istiqamətində müvafiq işlər görülüb. Həmçinin 50 aqroparkın yaradılması istiqamətində işlər aparılır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





